Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən boks üzrə gənclər arasında dünya birinciliyinə yekun vurulub. Ölkəmizi bu yarışda təmsil edən boksçularımız 2 medal qazanıblar. Təmsilçilərimizdən Rüfət Hüseynov (49 kq) və Məsud Yusifzadə (52 kq) dünya birinciliyinin bürünc medalına layiq görülüblər.
Onlardan fərqli olaraq, super-ağır çəki dərəcəsində çıxış edən Məhəmmədəli Tahirov 1/4 finalda mübarizəni dayandırıb. Milli komandamızın üzvü Rusiyanı təmsil edən Marat Kerimxanova uduzub - 0:3. Gənclər arasında Avropa çempionu Cavid Quliyev səhhətində yaranmış problemlərə görə İtaliya boksçusu Vinçenzo Areççia ilə döyüşə çıxa bilməyib. 91 kq çəki dərəcəsində mübarizə aparan Şükran Mehdiyev isə xorvatiyalı Toni Filipiyə məğlub olaraq, mükafatçılar sırasına düşə bilməyib - 1:2.
Məlumai üçün qeyd edək ki, dünya birinciliyi Çində təşkil olunacaq Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyıb.