
Aprelin 28-də Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 77-ci konqresi öz işinə başlayıb.
Olimpnews.az AzərTAc-a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin konqresə təbrik məktubunu oxuyub.
AİPS–in prezidenti Canni Merlo yüksək təşkilatçılığa görə minnətdarlığını bildirib, rəhbərlik etdiyi qurumun tarixi və fəaliyyəti barədə məlumat verib.
Sonra tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb və konqresin fəaliyyətini yüksək qiymətləndirib.
Sonra Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax videomesajla konqres iştirakçılarını təbrik edib.
Qeyd edək ki, AİPS-in Bakı konqresi mayın 1-dək davam edəcək.