Ümummilli lider Heydər Əliyevin 91-ci ildönümünə həsr olunmuş atçılıq turniri başa çatdı

Ümummilli lider Heydər Əliyevin 91-ci ildönümünə həsr olunmuş atçılıq turniri başa çatdı


Mayın 10-da Binədəki "Elite Horse and Polo Club”un açıq manejində ümummilli lider Heydər Əliyevin 91-ci ildönümünə həsr olunmuş atçılığın konkur növü üzrə CSI3* kateqoriyalı Beynəlxalq turnirə yekun vurulub.
Turnirin sonuncu günündə iki yarış keçirilib.
Birinci yarışda Azərbaycan idmançısı Andre Şröder "Cassandra MNM” ləqəbli atla qalib gəlib. İranlı Məziyar Şəmsidxani "Elite Van Het” ləqəbli atla ikinci, Türkiyə təmsilçisi Ömer Şimşek "Clima” ləqəbli atla üçüncü olublar.
İkinci yarışda da A.Şröder bütün rəqiblərini üstələyib. İdmançımız "Tall Boy MNM” ləqəbli atla qalib adını qazanıb. Çaparımız Camal Rəhimov "Woodie” ləqəbli ikinci, İran təmsilçisi Cəmşid Xani "Elite Van Het” ləqəbli atla üçüncü pillədə qərarlaşıblar.
Turnirdə Azərbaycan, Gürcüstan, Rusiya, Polşa, Ukrayna, İran və s. ölkələrin idmançıları iştirak ediblər. Yarışda, ümumilikdə, 25-ə yaxın idmançı 65 atla mübarizə aparıb.
Turnirə Türkiyə, Bolqarıstan, Rusiya, İran və Belçikadan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edib.
Qey edək ki, üç gün davam edən turnirin ümumi mükafat fondu 168 min ABŞ dolları təşkil edir.