Boksçularımız beynəlxalq Bakı turnirində

Bakı Olimpiya İdman Kompleksində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında boks üzrə beynəlxalq turnir keçirilir.
Yarışda milli komandamızla yanaşı, Fransa, Finlandiya, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, İrlandiya, Latviya və Macarıstandan 150 boksçu birincilik uğrunda mübarizə aparır. 13 çəki dərəcəsi üzrə keçirilən beynəlxalq turnirdə komandamız böyük heyətlə çıxış edir.
Qeyd edək ki, turnir sentyabrda Rusiyada keçiriləcək Avropa birinciliyinə hazırlıq xarakteri daşıyır.