"Təhsil” Respublika İdman Mərkəzində ("Təhsil” RİM) ulu öndər Heydər Əliyevin 91 illik yubileyi münasibətilə yeniyetmələr (1999-2000-ci illər təvəllüdlülər) arasında boks üzrə Bakı birinciliyi keçirilib. Altı gün davam edən yarışda 170 dəri əlcək ustası 18 çəki dərəcəsində mübarizə aparıb. Qeyd edək ki, yarış "Təhsil” RİM-in boks zalında keçirilib.
Açılışda mərkəzin direktoru Natiq Lahıcov çıxış edərək, ölkəmizdə idmanın, o cümlədən boksun inkişafından danışıb. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarışlar ənənə halını alıb və böyük həvəslə keçirilir.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Azər Cəfərov (38,5kq, "Qarabağ”), Anar Musayev (40 kq, Nefçala), Amid Əlizadə (41,5 kq, Bakı UGİM), İbrahim Bayramlı (43kq,Biləsuvar), Kənan Əliyev (44,5kq, Gəncə), Rüfət Nəbiyev (46kq, Ağdaş), Elnur Məmmədov (48 kq, Bakı "Təhsil”RİM), Fərid Baxşəliyev (50kq, Sumqayıt UGİM), Sahil Məmmədov (52 kq, Bakı "Təhsil”), Mirqadir Mirzəyev (54 kq, Biləsuvar), İsmayıl Səfərli (56 kq, Şirvan), Ramal Vəliyev (59 kq, Bakı "Təhsil”), Fərid Əhmədzadə (62kq, Bakı "Təhsil”), Sahəddin Rzayev (65 kq, Gəncə), Elgün Süleymanov (68 kq, Bakı UGİM), Rövşən Məmmədov (72 kq, Sumqayıt UGİM), İlkin İsmayılov (76 kq, Sumqayıt "Təhsil”), Gülnar Rüstəmli (+76 kq, Ağdaş) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Komanda hesabında "Təhsil” RİM-in idmançıları I yerə layiq görülüblər. "Təhsil” RİM-in Gəncə filialının boksçuları II olublar. Nefçala təmsilçiləri isə III yerdə qərarlaşıblar. Qaliblər "Təhsil” RİM tərəfindən diplom, medal və kubokla mükafatlandırılıblar.