Boks üzrə ağır çəki dərəcəsində keçmiş dünya çempionu Cimmi Ellis 75 yaşında dünyasını dəyişib.
Məşhur boksçu karyerası ərzində keçirdiyi 66 döyüşdən 59-da rinqdən qalib ayrılıb. Cimmi Ellis qalib gəldiyi döyüşlərdən birində boksun canlı əfsanəsi Məhəmməd Əliyə (Kasius Kley) qarşı vuruşub.
Ellis peşəkar karyerasında rinqdə 53 döyüş keçirib, 40-da qalib gəlib. 1968-70-ci illərdə WBA versiyası üzrə dünya çempionu olub. 1971-ci ilin iyulunda NABF kəməri uğrunda döyüşdə Məhəmməd Əliyə 12-ci raundda nokautla uduzub. O, 1975-ci ildə boks əlcəklərini divardan asmalı olub.