Avropa Oyunlarında iştirak edəcək ilk idmançıların sayı təsdiqləndi
2015-ci ildə Bakı şəhərində keçiriləcək Avropa Oyunlarında iştirak edəcək ilk idmançıların nəzərdə tutulan sayları onların müvafiq Milli Olimpiya Komitələri (MOK) tərəfindən təsdiq olunub.
Bakı-2015 Təşkilat Komitəsinin mətbuat xidmətindən olimpnews.az-a daxil olan məlumata görə, Fransada aerobika üzrə keçirilmiş Avropa Çempionatının (4-10 noyabr 2013) və Portuqaliyada batut və tamblinqdən tullanma üzrə keçirilmiş Avropa Çempionatının (7-13 Aprel 2014) ardınca ümumilikdə, 22 MOK üçün Bakıda keçiriləcək Avropa Oyunlarında aerobika və batut üzərindən tullanma üzrə nəzərdə tutulmuş yarışlarda 120 nəfər idmançının iştirakı gözlənilir. Birinci Avropa Oyunlarında yarışacaq ilk idmançılara təmsil olunduqları MOK-lar tərəfindən yerlərin təklif olunması əsas məsələrdən biridir.
Azərbaycana qonşu ölkə olan Gürcüstan MOK-u yarışlarda iştirakla bağlı onlar üçün nəzərdə tutulmuş idmançıların sayını təsdiq edən ilk MOK-lardandır.
Qeyd edək ki, Azərbaycan MOK-un ev sahibliyi etdiyi yarışda ölkədən batut üzərindən tullanma üzrə maksimum 4 və aerobika üzrə isə altı idmançı təmsil olunacaq.
Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) Əməliyyatlar üzrə Baş Direktoru Saymon Kleq bildirmişdir: "Bu gün MOK-ların ilk yarışacaq idmançılarının nəzərdə tutulan saylarının təyin olunması ilə Bakıda keçiriləcək ilk Avropa Oyunlarını həyata keçirmək kimi mühüm mərhələdəyik.
Qarşıdan gələn aylarda veriləcək elanlar və idmançılar arasında aparılacaq seçimlər həm Azərbaycanda, həm də bütün Avropada idman yarışlarına qarşı həvəs və həyəcan oyadacaq. İdmançılar Oyunların mərkəzində olacaq və biz yarışlarda ölkələri üçün nəzərdə tutulmuş iştirak sayını əldə edən idmançıları təbrik edirik. Seçilən idmançılar gələn ilin yayında Bakıda səmimi qarşılanacaqlarından əmin ola bilərlər”.
Buyaxınlarda ölkənin birinci xanımı Mehriban Əliyeva tərəfindən möhtəşəm Milli Gimnastika Arenasının rəsmi açılışı olmuşdur. Arena Bakı-2015-in Atletlər Kəndinə yaxın ərazidə yerləşir.
6800 nəfərlik arena sınaq yarışlarına ev sahibliyi edəcək ilk obyektlərdən biri olacaq və iyun ayında bədii gimnastika üzrə 30-cu Avropa çempionatına ev sahibliyi edəcək. Gimnastika yarışları altı gün müddətində ölkələrini fərdi, qrup və qarışıq şəkildə təmsil edəcək ümumilikdə 446 kişi və qadın gimnastlar arasında keçiriləcək. Beş idman yarışı üzrə ümumilikdə 34 medal veriləcək. Bu, su idmanı növündən sonra istənilən idman növü arasında medal sayına görə ikinci ən yüksək göstəricidir.
Atletlərlə bağlı Xidmətlər və Əməliyyatlar Şöbəsinin direktoru Ceyms MakLoud demişdir: "Biz bütün Avropadakı 22 Milli Olimpiya Komitəsi ilə əlaqə saxlayıb, onlar üçün idmançıların nəzərdə tutulan iştirak sayı barədə həmin komitələri məlumatlandırmışıq.
Bu, Avropa Oyunlarının başlanması üçün yerdə qalan günlərdə daha çox tərəqqini özündə əks etdirir və bu tərəqqi Avropadakı bütün MOK-lara öz komandalarının Oyunlarda iştirakını planlaşdırmağa başlamalarına imkan yaradacaq”.
Qeyd edək ki, – Bakı-2015 Oyunlarında idman gimnastikası, bədii gimnastika və batut üzərindən tullanma yarışları ilə bərabər, həm də 2 yeni qeyri-olimpiya idman növü -aerobika və akrobatika da nümayiş olunacaq.
Ümumilikdə, Bakı-2015 Avropa Oyunlarında 19 idman növü üzrə 6000-dən çox idmançının iştirak etməsi gözlənilir.