Tayson "Kiliçkoya qalib gələrəm" dedi

Tayson "Kiliçkoya qalib gələrəm" dedi


Əfsanəvi boksçu Mayk Tayson maraqlı açıqlamalar verib.
Ukrayna mətbuatının yaydığı xəbərə görə, Tayson karyerasını davam etdirsəydi, istənilən rəqibə, o cümlədən Kliçko qardaşlarına qalib gələciyini deyib.
"Düzdür, çox əziyyət çəkərdim. Amma bu yaşımda (onun 47 yaşı var) belə, Klickolara qalib gələrdim” – deyə o vurğulayıb.
Tayson bildirib ki, hazırda qadağan olunmuş preparatların köməyi olmadan döyüşmək çətindir: "Düzdür, çoxları bunu inkar edir. Amma indi qadağan olunmuş dərmanlar boksun tərkib hissəsinə çevrilib”. Tayson onu da bildirib ki, nə vaxtsa bu yaşa qədər yaşayacağına inanmırmış.
Xatırladaq ki, əfsanəvi boksçu sonuncu dəfə peşəkar rinqə 2005-ci ildə çıxıb. Ümumilikdə, o, 58 döyüşə çıxıb, bunlardan 50-də qələbə qazanıb (44-ü nokautla).