Boks üzrə dünya çempionu Vladimir Kliçko toyunu təxirə salıb. Buna Ukraynadakı siyasi vəziyyət səbəb olub. Qeyd edək ki, Kliçko və onun rəfiqəsi Heyden Panettyer 2009-cu ildən tanışdırlar. Cütlük 2011-ci ilin may ayında ayrılsa da, 2012-ci ilin dekabr ayında yenidən bir araya gəliblər. 2013-cü ildə nişanlanıblar.Panettyer "Parade Magazine”yə verdiyi müsahibəsində bildirib ki, Ukraynada baş verənlər onların şəxsi planlarına da mane olur: "Bəli, siyasi vəziyyət bizim planlarımızı pozur. Ancaq bizim hələ vaxtımız var”.