Qol güləşi üzrə XXIV Avropa çempionatı davam edir
Mayın 21-də "Sərhədçi” İdman Olimpiya Mərkəzində qol güləşi üzrə XXIV Avropa çempionatının açılış mərasimi keçirildi. Mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə , Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Avropa və Dünya Armrestlinq Federasiyasının prezidenti Arsen Hacıtodorov, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov, idman içtimaiyyətinin diğər nümayəndələri və KİV-lər iştiral edirdilər.
Mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov, Dünya və Avropa Qol Güləşi Federasiyalarının prezidenti Assen Hacıtodorov iştirak edirdilər.
Azərbaycan Qol Güləşi Federasiyanın himni oxunduqdan sonra Türkiyənin Manisa vilayətinin Soma kömür mədənində baş vermiş qəzada həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mayın 21-də çempionatda əlillər sol əllə yarışdılar.Bundan əlavə, 18, 21 yaşlılar və usta idmançılar da (50-60 yaşda) sol əllə güclərini sınadılar. Azərbaycan idmançısı Minabəddin Qurbanov (+100 kq), ustalar arsında birinci yerə layiq görüldü.
21 yaşlı oğlanlar arasında mübarizə aparan qol güləşçimiz Qismət Vəkilov (60 kq) Avropa çempionu titulunu qazandı. Çempionatın birinci günü qadın idman ustaları arasında Mənzurə Hüseynova, gənc əlil kişilər arasında Vilayət Namazzadə (65 kq), veteran kişi idmançılar arasında Müslüm İbrahimov (75 kq), Qurban Qurbanov (90 kq), 18 yaşlı oğlanlar arasında Nemət Vəkilov (55 kq), Hüseyn Əmənli (60 kq), 21 yaşlı oğlanlar arasında Bəxtiyar İbrahimli ikinci yeri tutdular. Daha üç idmançımız çempionatın bürünc mükafatını əldə etdi.
Əlil kişilər arasında Rauf Ağazadə, kişi idman ustaları arasında Cavid Mirzəquliyev, 18 yaşlı oğlanlar arasında Məhəd Mirzəyev və İlham Rzayev 3-cü yerə sahib olublar.
Qeyd edək ki, bu idmançıların hamısı sol əllə mübarizə aparırdılar. Beləliklə, XXIV Avropa çempionatının birinçi günündə Azərbaycan idmançıları 13 medal qazandılar.
Məlumat üçün bildirək ki, Avropa çempionatında 30-dan çox ölkədən 700-ə qədər idmançı iştirak edir. Çempionatda Azərbaycan millisi 100 idmançı ilə təmsil olunur.
Çempionata mayın 25-də yekun vurulacaq.