Həmvətənlərimiz boks üzrə Ümumrusiya turnirinin qalibi olublar

Həmvətənlərimiz boks üzrə Ümumrusiya turnirinin qalibi olublar


Murmansk vilayətinin Severomorsk şəhərində Tokioda Olimpiya yay oyunlarının bürünc mükafatçısı Vadim Yemelyanovun xatirəsinə həsr olunmuş boks üzrə Ümumrusiya turniri keçirilib.
Boks üzrə Ümumrusiya turniri bu dəfə bir qədər başqa formatda keçirilib. Severomorskdakı "Boqatır” idman kompleksinin rinqində təkcə yaşlı boksçular deyil, həm də gənc döyüşçülər çıxış ediblər.
Rinq sahibləri ilə bərabər, medallar uğrunda Murmansk vilayətinin Murmansk, Roslyakov, Apatitı, Oleneqorsk, Kirov şəhərlərinin, Kola yarımadasının, habelə Saratov və Kursk şəhərlərinin nümayəndələri mübarizə aparıblar. Kola yarımadasını təmsil edən idmançılar layiqincə çıxış ediblər. Bütün həlledici görüşlər şimallıların qələbəsi ilə başa çatıb.
Sevemorskdakı "Boqatır” idman kompleksinin rinqində qalib gələnlər arasında həmvətənlərimiz də olublar. 2002-2003-cü illər təvəllüdlü gənclərin yarışında 30 kiloqramadək çəki dərəcəsində Severomorsk şəhərini təmsil edən Əli Mustafayev qalib gəlib. Kirov şəhərindən olan digər həmvətənimiz Rövşən Hüseynov isə çəkisi 54 kq qədər olan rəqibləri arasında birinci olub.