
Ukraynalı boksçu Vladimir Kliçkon tezliklə ata olacaq. Onun ilk övladının anası məşhur Hollivud aktrisası Hayden Penetteridir.
«Dni.ru» nəşrinin yazdığına görə, Hayden həqiqətən də uşaq gözləyir. Amma ananın hamiləliyin neçənci ayında olması və uşağın cinsiyyəti barədə əlavə heç bir məlumat verilmir.
Xəbər verdiyimiz kimi, cütlük əvvəllər evlənmək istəsələr də, Ukraynada olan məlum hadisələrə görə toy günlərini təxirə salmışdılar. Amma indi vəziyyət başqadır.
Özünü Kliçko ailəsinin bir üzvü hesab edən Hayden «Twitter» səhifəsində Kiyev şəhərinin meri seçilən qaynı Vitali Kliçkonu təbrik edib: «Ukrayna nəhayət ki, öz liderlərini tapdı. Mən Kiyev şəhərinin yeni meri seçilən qaynımı təbrik edirəm».
Xatırladaq ki, 37 yaşlı Vladimir Kliçko və 24 yaşlı Hayden Penetteri 2009-cu ildən bir yerdədirlər.