Qadın boksçumuz Avropa çempionu oldu

Qadın boksçumuz Avropa çempionu oldu



Rumıniyanın paytaxtı Buxarestdə keçirilən boks üzrə qadınlar arasında Avropa çempionatına yekun vurulub. Komandamız yarışda 1 qızıl və 1 bürünc medala sahib olub.
69 kq çəki dərəcəsində mübarizə aparan Yelena Vıstropova analıq məzuniyyətindən sonra ilk yarışa çıxsa da, ümidləri doğruldub. Dünya çempionatının gümüş mükafatçısı finalda İngiltərə boksçusu Steysi Kouplendlə üz-üzə gəlib. Bu dəfə də inamla qələbə qazanan boksçumuz Avropa çempionu tituluna layiq görülüb. Qeyd edək ki, Vıstropova Azərbaycan boks tarixində qadınlar arasında ilk Avropa çempionu olub. 75 kq çəki dərəcəsində çıxış edən Leyla Cavadova isə yarımfinalda Sarah Şoyriçə uduzaraq, bürünc medalla kifayətlənib.