"Sərhədçi” Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 2013/2014-cü illər mövsümünün ilk final görüşü keçirilib.
Azərbaycanın "Baku Fires” klubu həlledici qarşılaşmada Kubanın "Cuba Domaderos” komandası ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən ilk final görüşü qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində öncədən Xaybulla Musalovun qələbəsi proqnozlaşdırılsa da, o, Arlen Lopezlə bacara bilməyib. Yalnız 1-ci raundda inamlı təsir bağışlayan boksçumuz sonradan təşəbbüsü rəqibə verib. Xüsusən müdafiədə zəif təsir bağışlayan Musalov rəqibdən həddən artıq çox zərbə buraxıb. Əvəzində Heybətulla Hacəliyev bu dəfə də Olimpiya oyunlarının bürünc mükafatçısı, dünya çempionatlarının 2 qat medalçısı Yasiner Toledinu məğlub etməklə hamızın sevindirib. Qeyd edək ki, boksçumuz 5-ci turda da Qubada Toledo üzərində qələbə qazanmışdı.
Əbdülqədir Abdullayev isə, ağır zədə almasına baxmayaraq, özündə güc taparaq, Savonla döyüşü sonadək davam etdirib.
Döyüşlərin nəticələri:
"Baku Fires” - "Cuba Domaderos”
49 kq. Həmzə Nametov - Yosbani Veita - 46:49, 46:49, 46:49.
56 kq. Məhəmməd Qurbanov - Norlan Year - 48:47, 48:47, 48:47
75 kq. Xaybulla Musalov - Arlen Lopez - 44:50, 45:49, 45:49
64 kq. Heybətulla Hacəliyev - Yasiner Toledo - 48:47, 47:48, 48:47
91 kq. Əbdülqədir Abdullayev - Erislandi Savon - 46:49, 46:49, 46:49