
Olimpnews.az xəbər verir ki, "Qəbələ” İdman Klubunun təşkilatçılığı, Gənclər və İdman Naziriliyinin və Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi ilə Qəbələdə ilk dəfə olaraq,kikboksinq üzrə reytinq xarakterli "Glory Ranked Fights” turnirinin döyüşləritəşkil olunacaq. Möhtəşəm yarış iyunun 30-usaat 17:00-da başlayacaq.
Bu günkikboksinq üzrə reytinq xarakterli "Glory Ranked Fights" turniri ilə əlaqədar mətbuat konfransı keçirildi.Tədbirdə"Qəbələ” İdman Klubunun marketinq və mətbuat departamentinin rəhbəri Səməd Nəsibov, yarışın baş meneceri Dennis Kraull və KİV nümayəndələri iştirak edirdilər.

Tədbirdə ilk olaraq çıxış edən Səməd Nəsibov yarışın əhəmiyyətindən danışdı."Qəbələ"nin rəsmisiklub nəzdində təkcə futbol deyil, digər növlərin də fəaliyyət göstərdiyiniqeyd etdi.O, yaxın vaxtlarda idman növlərinin sayının artırılacağınıvurğuladı.""Glory Ranked Fights” kikboksda ən yüksək reytinqli versiyadır. Bu tip yarışQəbələdəilkdir. Gələcəkdə Qəbələdə yeni möhtəşəm yarışlar təşkil olunacaq. Sondabütün döyüş iştirakçılarına, o cümlədən, Pərviz Abdullayevə uğurlar arzulayıram.”, - deyə o əlavə etdi.
Turnirin baş meneceri Dennis Kraull «Qəbələ Fight Series»in səviyyəli tədbir olduğunuvurğuladı: ""Glory Ranked Fights” dünyada tanınmış yarışdır.Bununla bağlı «Qəbələ» klubuiləəməkdaşlıq edirik. Qərara gəldik ki, onların da idmançılarını "Glory Ranked Fights”ə cəlb edəkvəkikboksçuların səviyyəsini artıraq. Müxtəlif ölkələrdən rinq ustalarını bu döyüşlərə dəvət etdik. Onların sıransında gənclər də yer alıblar. Dünyaca tanınmış «Evrosport» telekanalı, Rusiya və Çinin TV-lərin diqqəti bizdədir. Mosab Əmrani reytirnqdə 1-cidir. O, buraya öz liderliyini qorumaq gəlib. Yerli idmançılardan Pərviz Abdullayevə diqqət böyük olacaq. O,bu turnirdəilk addımlarını artacaq.Sabahtamaşaçıları bir-birindən maraqlı döyüşlər gözləyir”.

Sabah şou-gecədə debüt edəcək Pərviz Abdullayev qələbə inamını gizləmədi: «Xeyli vaxtdır bu yarışa hazırlaşıram. Son bir ayın məşqləriniHollandiyadaetmişəm. Rəqibin sürətli idmançıdır. Amma sabah güclü olduğumu sübut etməyə çalışacağam».
Qeyd edək ki,əvvəlcə yüngül çəkilərdə 5 döyüş olacaq:
Daniel Korbeanu (Rumıniya) - Rahim Əliyev (Azərbaycan)
Roman Mayılov (Ukrayna) - Matyuş Kopyek (Polşa)
Quo Xianfenq (Çin) - Ramal Aslanov (Azərbaycan)
Yuri Kel (Almaniya) - Telman Süleymanov (Azərbaycan)
Teo Mikeliç (Xorvatiya) - Tadas Jonkus (Litva)
Ardından superağır çəkidə 4 döyüştəşkil ediləcək:
Erkan Varol (Türkiyə) - Albert Kraus (Hollandiya)
Camal ben Saddiq (Mərakeş) - HesdiQreqes (Misir)
Lim Çi Bin (Cənubi Koreya) - Mosab Amrani (Mərakeş)
Jiao Fukai (Çin) - Pərviz Abdullayev (Azərbaycan)
Rahib Səmədov,
Qəbələ