Amir Xan dava saldığına görə həbs edildi

Amir Xan dava saldığına görə həbs edildi


Boks üzrə yarımorta çəkidə keçmiş dünya çempionu Amir Xan İngiltərənin Nyukasl şəhərində həbs edilib.
"The Bolton News” qəzetinin yazdığına görə, Xan iki yeniyetməni döyməkdə günahlandırılır. Dava nəticəsində yeniyetmələr bədən xəsarətləri alıblar.
Həbs olunan Amir Xan istintaq işləri başlanana qədər zaminə buraxılıb.