Özbəkistanlı boksçu Ruslan Çaqayev 41 yaşlı ABŞ boksçusu Fres Okuendoya qalib gəlib. Çaqayev WBA versiyası üzrə ağır çəki dərəcəsində rəqibini məğlub edib. Qroznı şəhərində təşkil edilən qarşılaşma 12 raunddan ibarət olub.
Yarışın sonunda hakimlər qələbəni ağ Taysona, yəni Ruslan Çaqayevə veriblər: 114:114, 115:113, 115:113.