“Övladımın dünyaya gəlişi həyatımda hər şeyi dəyişəcək”

“Övladımın dünyaya gəlişi həyatımda hər şeyi dəyişəcək”

Ağır çəki dərəcəsində dünya çempionu ukraynalı Vladmir Kliçko tezliklə ata olacağını gizlətməyib. Uşağın anası 24 yaşlı Hollivud aktrisası Xayden Panneteridir. 38 yaşlı Kliçko övladına ad fikirləşdiklərini, amma bunu hələlik açıqlamaq istəmədiklərini söyləyib.
"Bu, mənim üçün qeyri-adi hadisədir. Mən həyatımı büsbütün dəyişəcək o günü səbirsizliklə gözləyirəm və çox həyəcanlıyam. Şübhəsiz ki, övladımın dünyaya gəlişi həyatımdakı hər şeyi dəyişəcək”, - deyə ukraynalı dünya çempionu bildirib.