Kliçkonu heç kəs məğlub edə bilməz

Kliçkonu heç kəs məğlub edə bilməz

İki çəki dərəcəsində keçmiş dünya çempionu Devid Hey Kliçko-Pulev qarşılaşması barədə açıqlama verib. İngiltərəli boksçu bolqar təmsilçisi Kubrat Pulevin 3 versiya üzrə dünya çempionu Vladimir Kliçkoya qarşı İBF versiyası uğrunda döyüşdə heç bir şansının olmadığını deyib. "Mən Pulevin döyüşlərinə baxmamışam. Heç kəs Kliçkonu Almaniyada xal hesabı ilə məğlub edə bilməz, Pulev isə bu idmançını nokaut etmək iqtidarında deyil”, - deyə o vurğulayıb.
Xatırladaq ki, 2011-ci ilin iyulunda Hey hakimlərin yekdil qərarı ilə Kliçkoya məğlub olmuşdu. Britaniyalı boksçu rinqdə son döyüşünü 2012-ci ilin iyulunda həmvətəni Derek Çisoraya qarşı keçirib. Beşinci raundda rəqibini nokaut edən Hey rinqdən qalib ayrılıb.