Gənc qızlarımız boks üzrə Avropa birinciliyində

Gənc qızlarımız boks üzrə Avropa birinciliyində


İtaliyanın Assisi şəhərində yeniyetmə və gənc qızlar arasında boks üzrə Avropa birinciliyinə start verilib. Turnirdə 26 ölkənin 100 idmançısı mübarizə aparır.
Azərbaycan Boks Federasiyasından olimpnews.az-a daxil olan xəbərə görə, milli komandamız gənclərin yarışında 3 boksçu - Aliyə Vəlizadə (54 kq), Məryəm Cəbrayılova (64 kq) və Alina Hacıyeva (81 kq) ilə təmsil olunur.
Boksçularımızdan ilk olaraq Aliyə Vəlizadə rinqə çıxıb. Həmyerlimiz səkkizdə bir final mərhələsində rusiyalı Stefani Sultanova ilə qarşılaşıb.
Məryəm Cəbrayılova iyulun 23-də irlandiyalı Kiara Şheediylə, Alina Hacıyeva isə iyulun 26-da ukraynalı Anastasiya Stankeviçlə üz-üzə gələcək.
Seçmə komandamız Avropa birinciliyindən 10 gün öncə İtaliyaya yollanaraq, orada İrlandiya, Hollandiya, Belçika və yerli komanda ilə birgə təlim-məşq toplanışında iştirak edib.
Avropa birinciliyinə iyulun 27-də yekun vurulacaq.
Yarışda ölkəmizi hakim kimi Ceyhun Qədirli təmsil edir.