Ukraynalı boksçu Vladimir Kliçko və Hollivud aktrisası və müğənni Heyden Panettyerin toy günü bəlli olub. Mərasim avqustun 24-də, Ukraynanın müstəqillik günündə Kiyev şəhərində keçiriləcək. Boks üzrə mütləq dünya çempionu həyatında əlamətdar olan bu hadisənin məhz bu gün təşkil edilməsini istəyib.
Xatırladaq ki, Kliçko növbəti döyüşünü sentyabrın 6-da bolqar idmançısı Kubrat Pulevlə keçirəcək.