Qubada “Challenge Tour” qolf turniri başlayır

Qubada “Challenge Tour” qolf turniri başlayır


Azərbaycanda ilk dəfə dünya səviyyəli qolfçuların iştirakı ilə "Challenge Tour” keçiriləcək.
Quba Milli Qolf Klubunda 4 gün davam edəcək möhtəşəm qolf turnirinin rəsmi açılış mərasimi iyulun 30-da olacaq. Idmançılar iyulun 31-dən mübarizəyə qo.ulacaqlar.
Turnir 18 dəlikli "Stroke Play” formatında təqdim ediləcək. Yarışda "European Challenge Tour” tərəfindən Avropa turnirinin reytinqinə əsasən seçilən 156 oyunçu mübarizə aparacaq. Turnirə qatılan idmançılar İngiltərə, İsveç, Cənubi Afrika, Estoniya, Finlandiya, Fransa, Pakistan, Hindistan, İspaniya, Almaniya, Argentina və digər ölkələri təmsil edirlər.
Turnir yalnız peşəkar kişi qolfçular arasında keçirilir.
"European Challenge Tour”un rəhbərlik etdiyi mötəbər turnirin Azərbaycanda keçirilməsinin əsas məqsədi ölkəmizi beynəlxalq qolf aləminə təqdim etmək, bu idman növünün inkişafına zəmin yaratmaq, buraya dünya səviyyəli oyunçuları cəlb etməklə respublikamızı yeni qolf məkanı kimi tanıtmaqdan ibarətdir.
Qeyd edək ki, turnirin mükafatlandırma mərasimi avqustun 3-də olacaq.