Beynəlxalq Olimpiya Komitəsinin (BOK) bəyanatında deyilir ki, Ebola qızdırmasına yoluxma hallarının aşkar edildiyi ölkələrdən olan idmançılar Çində yeniyetmələrin II Yay Olimpiya Oyunlarına buraxılmayacaq.
BOK-un mətbuat üçün məlumatında deyilir: "Çinin hakimiyyət orqanları Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq epidemiyanın başlamasına tam hazır vəziyyətdədir. Biz bəzi idmançıların iştirak edə bilməyəcəyinə çox təəssüflənirik. Epidemiyadan zərər çəkən ölkələrin Olimpiya komitələri Oyunların açılışı zamanı bayraqlarının stadionda dalğalanmağını istəsələr, onların bu xahişi yerinə yetiriləcək”.
Məlumatda həmin atletlərin təmsil etdikləri ölkələrin adları açıqlanmır. Yalnız bu məlumdur ki, Afrikadan olan iki idmançı təkbətək döyüş növlərindən birində, bir idmançı isə su idmanı növündə yarışmalı idi.
Yeniyetmələrin II Yay Olimpiya Oyunları avqustun 16-dan 18-dək Nankin şəhərində keçiriləcək.
Daha əvvəl Ebola qızdırması üzündən "Afrika Kuboku - 2015” yarışlarının seçmə turnirinin matçlarının keçirilməsi cədvəli dəyişdirilib.