Çinin Nankin şəhərində keçirilən yeniyetmələrin II Yay Olimpiya Oyunlarında
ölkəmizə növbəti gümüş medalı qazandıran avarçəkənimiz Boris Yotov öz medal
sevincini eksklüziv olaraq «Olimpiya dünyası» ilə bölüşüb. Nankin-2014-ün gümüş
mükafatçısı bunları deyib: «Mən çox şadam. Sevincimin həddi-hüdudu yoxdur.
Yeniyetmələrin olimpiadasında medal qazanmaq böyük şərəfdir. Yarışlarda birinci
yeri tutmaq da olardı, lakin almaniyalı rəqibimin məni qabaqladı. Buna görə məyus
deyiləm. Hələ qazanacağım uğur və qələbələr qarşıdadır. Demək istəyirəm ki, bu
son nəticəm deyil. Fürsətdən istifadə edib bu uğurumun qazanılmasında Milli
Olimpiya Komitəsinin rəhbərliyinə, federasiya rəsmilərinə, xüsusilə məşqçilərimə
öz minnətdarlığımı bildirirəm. Olimpiadanın gümuş medalı mənim medal
kolleksiyamda öz layiqli yerini tapacaq».


