BBS News telekanalının verdiyi xəbərdə qeyd olunub ki, əfsanəvi boksçu Məhəmməd Əlinin boks əlcəyi hərraca çıxarılıb. Hərraca çıxarılan əlcəklərdən Məhəmməd Əli Co Frezerə qarşı keçirdiyi birinci döyüşdə istifadə edib. Xatırladaq ki, bu iki məşhur boksçu 3 dəfə üz-üzə gəlib və həmin qarşılaşmalar "əsrin döyüşü” kimi tarixə düşüb. Birinci döyüşün yadigarı olan əlcəklərə naməlum alıcı tərəfindən 388,3 min dollar önəlinib.
"Əsrin döyüşü” silsiləsindən olan birinci qarşılaşma 1971-ci ildə keçirilib. Məhz bu döyüşdə Məhəmməd Əli karyerası ərzində ilk məğlubiyyətə uğrayıb. 1974-1975-ci illərdəki döyüşlərdə isə Məhəmməd Əli qalib gəlib. Əfsanəvi boksçunun ağır çəkidə ilk dəfə dünya çempionu olduğu döyüşdə geydiyi əlcəklər də bu ilin fevral ayında hərracda 836,5 min dollara satılıb.Məhəmməd Əli boks tarixinin ən tanınmış simalarından biridir. O, 1964-1966-cı illərdə ağır çəkidə mütləq dünya çempionu titulunu qazanıb. 1974-1978-ci illər ərzində də bu titulu qoruyub. Əli 1960-cı ildə Romada keçirilən Olimpiya oyunlarında 81 kq çəki dərəcəsində qızıl medala layiq görülüb.