Boksçumuz Rüfət Hüseynov Olimpiya çempionudur

Boksçumuz Rüfət Hüseynov Olimpiya çempionudur

Boksçumuz Rüfət Hüseynov Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin 2-ci Yay Olimpiya Oyunlarının çempionu olub.
R.Hüseynov (49 kq) avqustun 27-də keçirilmiş final görüşündə özbəkistanlı Süleymon Latipovu 3:0 hesabı ilə məğlub edərək qızıl medal qazanıb. Rüfət çempionluq yolunda ilk görüşdə hindistanlı Kumar Şyam Kakaranı (2:1), yarımfinalda isə qazaxıstanlı Şalkar Ayxınbayı (2:1) məğlub edib.
Beləliklə, Azərbaycan idmançılarının Yeniyetmələrin 2-ci Yay Olimpiya Oyunlarında qazandıqları medalların sayı 10-a çatıb. İdmançılarımız 3 qızıl, 6 gümüş və 1 bürünc medal qazanıblar.


































olimpnews.az