Polşanın Qlivitse şəhərində qadınlar arasında boks üzrə beynəlxalq turnirə yekun vurulub. Yarışda yerli idmançılarla yanaşı, Çexiya, Almaniya, Finlandiya, Fransa, Ukrayna və Macarıstandan ümumilikdə 90 dəri əlcək ustası iştirak edib. 54 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova 1-ci yerə layiq görülüb. Milli komandamızın üzvü finalda Çexiya nümayəndəsi Lenka Kardovanı 3:0 hesabı ilə məğlub edib. Anna Əlimərdanova həm də turnirin ən texnikalı boksçusu adına layiq görülüb. Yana Alekseva isə yarımfinalda uduzaraq, 3-cü yerə sahib olub.