Mayk Tayson aparıcını təhqir edib

Mayk Tayson aparıcını təhqir edib


Tanınmış boksçu Mayk Tayson canlı efirdə aparıcını söyüb. O məhkum olunması ilə bağlı sualdan sonra özündən çıxıb.
Jurnalistin sualı bu cür olub: "Zorlamaya görə məhkum olunmağınız barədə məlumatımız var. Bu, Ford kompaniyasına ziyan vura bilərdi. Bunu necə şərh edə bilərsiniz"?
Natan Daunerin bu sualına Taysondan söyüş atəşi gəlib. Jurnalist vəziyyətin kritik həddə çatdığını görüb, boksçudan verdiyi suala görə üzr istəyib.
Dauner efirdən sonra öz mikrobloqunda da "Dəmir Mayk"dan üzr istəyib və onun xətrinə dəymək istəmədiyini yazıb.
Qeyd edək ki, Tayson 3 dəfə məhkum olunub. Üç il ərzində zorlamaya görə məhbus həyatı sürən Tayson, 3,5 ay da insanlara fiziki təsir göstərdiyinə görə eyni aqibəti yaşayıb. Boksçunun 3-cü məhbus həyatı isə cəmi 1 gün sürüb - narkotik maddə qəbuluna görə.