Qadın boksçumuz ermənini diz çökdürdü

Qadın boksçumuz ermənini diz çökdürdü

Polşanın Kielçe şəhərində Roma olimpiadasının bürünc mükafatçısı, Avropa çempionu Leşek Droqoşun xatirəsinə həsr olunmuş beynəlxalq boks turnirinə start verilib.
Yarışda kişilərlə yanaşı, qadın idmançılar da qüvvəsini sınayırlar. Turnirdə milli komandamızın məşqçisi İvan Yuşenkonun rəhbərliyi altında Yana Alekseyeva (60 kq) mübarizə aparır.
Alekseyeva ilk görüşdə Ermənistan boksçusu Aşixen Hovhanisyanı məğlub edib - 3:0. Milli komandamızın üzvü ötən gün polşalı Sandra Krukla üz-üzə gəlib və 3:0 hesabı ilə məğlub olub.