İki boksçumuz bürünc medala sahib çıxdı

İki boksçumuz bürünc medala sahib çıxdı


Xorvatiyanın paytaxtı Zaqrebdə gənc boksçular arasında keçirilən Avropa birinciliyinə yekun vurulub. Yarışda ölkəmiz tam heyətlə təmsil olunub. Komandamızın üzvləri 2 bürünc medala sahib çıxıblar. Azərbaycan millisinin üzvü Məsud Yusizadə (52 kq) və Məhəmmədəli Tahirov (+91 kq) yarımfinaladək yüksəliblər. Bu mərhələdə boksçularımız müvafiq olaraq bolqarıstanlı Daniel Asenov və almaniyalı Peter Kadiruya ilə mübarizədə üçüncü yeri tutublar.