Vladimir Kliçko dünya çempionu titulunu əldən vermədi

Vladimir Kliçko dünya çempionu titulunu əldən vermədi


Ağır çəkili dünya çempionu, Kiyevin hazırkı meri Vitali Kliçkonun qardaşı Vladimir Kliçko bolqar rəqibi Kubrat Pulevi məğlub edərək WBA, WBO, IBF və IBO versiyaları üzrə dünya çempionu titulunu qoruyub. Mətbuatın verdiyi xəbərə görə, döyüş Hamburqun "O2 World Arena” səhnəsində 16 min tamaşaçının qarşısında baş tutub. Beş raund ərzində Kliçko Kubrat Pulevi 3 dəfə nokdaun vəziyyətinə salıb. Xatırladaq ki, 38 yaşlı Vladimir Kliçko karyerası ərzində 63 qələbə qazanıb. Pulev isə Hamburqda ilk məğlubiyyətini yaşayıb.