İspaniyada keçirilən klassik bodibildinq üzrə dünya çempionatına yekun vurulub. Yarışda iştirak edən Azərbaycan millisi 1 gümüş medal qazanıb. Millimizin üzvü Əli Əmrə boyu 180 santimetrə qədər olan idmançılar arasında ikinci yerə layiq görülüb. Boyu 180 santimetrdən çox olan atletlərin mübarizəsində təmsilçimiz Kavek Cəzani yarışı beşinci pillədə başa vurub.