
Ukraynanın peşəkar boksçusu Vladimir Kliçko ata olub. Bu barədə Kliçko "Facebook” səhifəsində paylaşıb.
Dekabrın 9-da ABŞ klinikalarının birində dünyaya göz açan körpənin adını Kaya Evdokiya qoyublar. Kliçko və Hayden Panetterinin ilk övladı olan bu balacanın çəkisi 3,5 kq, boyu isə 50 sm-dir.