Dünyanın ən məşhur iki boksçusu Floyd Meyvezer və Menni Pakyao münasibətlərini rinqdə aydınlaşdıracaq. İki məşhur mayın 2-də qarşı-qarşıya gələcək.
Boksun ən böyük qarşılaşması hesab olunan döyüş fantastik məbləğdə gəlir gətirəcək. Belə ki, bilet satışından və yayımdan gələn gəlirin 300 milyon dollar olması gözlənilir.
Peşəkar karyerası ərzində heç kimə uduzmayan Meyvezer hər kəsin maraqla gözlədiyi bu döyüşün baş tutacağını təsdiq edib. O, açıqlamasında 5 ildir ki, keçirilməsi gözlənilən döyüşdən əvvəl rəqibinə meydan oxuyub.
Qeyd edək ki, Menni Pakyao ötən ay Kris Algeiriyə məğlub olduqdan sonra Meyvezerlə döyüşmək istədiyini açıqlamışdı.