Kliçko döyüşdən imtina etdi

Kliçko döyüşdən imtina etdi



Ukraynanın super ağır çəkili boksçusu Vladimir Kliçko amerikalı Şennon Briqslə döyüşdən imtina edib. Kliçko bununla bağlı deyib: "Briqs bir qədər çılğındır və o, sadəcə istənilən yolla mənimlə qarşılaşmağa cəhd edir. Lakin hazırda bu döyüşü reallaşdırmaq mümkün deyildir”.
WBA, IBF, IBO və WBO üzrə kəmərlərin sahibi Vladimir Kliçkon növbəti döyüşünü aprelin 25-də Nyu-Yorkun Barclays Center arenasında, öz peşəkar karyerasında indiydək məğlubiyyətlə üzləşməyən Brayanta Cenninqslə keçirməyi planlaşdırır.
Xatırladaq ki, S.Briqs ötən ilin yazından başlayaraq V.Kliçkonu istənilən yolla döyüşə sövq edir. O, 38 yaşlı idmançıya çəkmə atıb, məşğul olduğu zala soxulub və hətta restoranlardan birində Vladimiri səhər naharı zamanı narahat edib.