Paytaxtın ən güclü boksçuları Hövsan rinqində yarışıblar

Paytaxtın ən güclü boksçuları Hövsan rinqində yarışıblar

Hövsan Olimpiya İdman Kompleksində boks üzrə Bakı şəhər birinciliyi keçirilib.
Birincilikdə 18 klubu təmsil edən idmançılar mübarizə aparıblar.
Yarışın nəticələrinə görə, "Gilan” idman klubunun təmsilçiləri Hakim Nəsirov (46 kq), Hüseyn Sadıxov (50 kq), Seyidrza Sadıqzadə (52 kq), İmaməli Həsənov (54 kq), Füzuli Tağıyev (57 kq), Turan Sadıqov (63 kq), Zaur Musayev (66 kq), Kənan İsmayılzadə (75 kq), "Rabitə”dən Nəbi İsgəndərov (44 kq), Hacı Dilbazov, Şaiq Məlikov (hər ikisi 70 kq), Məhəmməd Abdullayev (80 kq-dan yuxarı) "Qızıl əlcək” klubundan Pərvin Heydərov (48 kq), "Qələbə” klubundan İsmayıl Yaqubov (60 kq), "Neftçi” İdman Klubu İB-dən isə Xalid Məmmədov (80 kq) fəxri kürsünün ən yüksək pillələrində yer alıblar.
İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.