Türkiyədə fərqlənənlər Bakı-2015-ə vəsiqə əldə edəcəklər

Türkiyədə fərqlənənlər Bakı-2015-ə vəsiqə əldə edəcəklər

Yanvarın 11-də Türkiyənin Şanlıurfa vilayətində boks üzrə qadınlar arasında Türkiyə açıq çempionatı başlayıb.
Çempionatdan əvvəl Türkiyə Boks Federasiyasının prezidenti Eyüp Gözgeç mətbuat konfransı keçirib. Bildirib ki, gənclər və böyüklər kateqoriyası üzrə təşkil olunacaq Türkiyə çempionatı 2015-ci ildə Tayvanda keçiriləcək boks üzrə dünya çempionatına və Azərbaycanın ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarına qatılacaq qardaş ölkənin idmançıları üçün seçmə xarakteri daşıyacaq.
Çempionata təxminən 800 idmançının qatılacağı gözlənilir.
Yarışlar beş min nəfərlik "GAP Arena stadionu”nda keçirilir və yanvarın 17-də başa çatacaq.