"Təhsil” RİM-in komandası boks yarışlarını uğurla başa vurub

"Təhsil” RİM-in komandası boks yarışlarını uğurla başa vurub


Boks üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatıb.
"Təhsil” RİM-dən olimpnews.az-a daxil olan məlumata görə, Şağan Olimpiya İdman Kompleksində təşkil olunan yarışda "Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası 1 qızıl, 2 qümüş və 4 bürünc medal qazanaraq 20 komanda arasında komanda hesabında 4-cü yerə çıxıb.
Şəxsi yarışlarda Məhəmməd Abdullayev (+ 80 kq) 1-ci yeri, Elvin Səfərov (48 kq) və İsmayıl Səfərli (57 kq) 2-ci yeri, Elvin Atakişiyev (70 kq), Nurlan Əlizadə (75 kq), Əli Həşimli (80 kq) və İlkin İsmayılov (+80 kq) isə 3-cü yeri tutublar.