İki boksçumuz turnirə qələbə ilə başladı

İki boksçumuz turnirə qələbə ilə başladı

Fevralın 4-də Macarıstanın Debrersen şəhərində İştvan Başkainin xatirəsinə həsr olan ənənvi boks turnirinə start verilib. Yarışda Azərbaycan milli komandasının üzvləri də mübarizə aparır. Turnirin ilk günündə 3 boksçumuz rinqə çıxıb və hər üç həmyerlimiz macarıstanlı idmançılarla qarşılaşıblar. 60 kq çəki dərəcəsində çıxış edən ölkə çempionu Elvin İsayev Krizstian Sinko ilə döyüşdən qalib ayrılıb - 3:0.
Çəkisi 81 kq olan idmançıların mübarizəsində ölkəmizi təmsil edən Rauf Rəhimov da yarışa qələbə ilə başlayıb. Gənclər arasında Avropa çempionu ilk görüşdə İmre Buqyiki məğlub edib - 2:1.
Elvin və Raufdan fərqli olaraq Fərid Ağamoğlanov (56 kq) yarışla erkən vidalaşıb. Boksçumuz yerli idmançı Viktor Qaloşa uduzub - 0:3.
Məlumat üçün qeyd edək ki, adı çəkilən boksçulardan başqa, yarışda Salman Əlizadə (49 kq),
Məsud Yusifzadə (52 kq), Elnur Əliyev (64 kq) və Xaybulla Musalov (75 kq) da mübarizə aparır.