Fevralın 24-dən 28-ə kimi Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi "Strandja” turniri keçiriləcək.
66-cı dəfə təşkil olunacaq yarışda kişilər 10, qadınlar isə 5 çəki dərəcəsi üzrə gücünü sınayacaqlar.Milli komandamız həm kişilərin, həm də qadınların turnirində təmsil olunacaq. Məşqçilər Nəriman Abdullayev, Lazaro Ximenes Martines və Natiq Aslanovun rəhbərliyi altında yarışa Hacıbaba Fərziyev (49 kq), Araz İmaməliyev (52 kq), Elvin İsayev (60 kq), Lorenzo Sotomayor (64 kq), Roman Zakirov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Vətən Hüseynli (81 kq), Rahil Məmmədli (91 kq) və Asəf Aslanlı (+91 kq) yola düşəcək. Qadınların turnirində Şamil Məhəmmədbəyov və İvan Yuşenkonun rəhbərliyi altında Yelena Vıstropova, Anna Əlimardanova, Yana Alekseyeva və Anaxanım Ağayeva çıxış edəcəklər. Turnirdə ölkəmizi hakim kimi Ceyhun Qədirli təmsil edəcək. Qeyd edək ki, yarış Avropa Oyunlarına hazırlıq xarakteri daşıyır.