“Strandja” turnirinə yekun vurulub

“Strandja” turnirinə yekun vurulub


Sofiyada boks üzrə ənənəvi "Strandja” turnirinə yekun vurulub. Boksçularımız yarışı 2 qızıl və 1 gümüş medalla başa vurublar.
Kişilərin turnirində mübarizə aparan Elvin İsayev (60 kq) həlledici görüşdə Ermənistan boksçusu Samvel Barseqyanı məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
64 kq çəki dərəcəsində çıxış edən Lorenzo Sotomayor da komanda yoldaşının uğurunu təkrarlayıb. Milli komandamızın üzvü finalda özbəkistanlı Faziliddin Qaibnazarov üzərində inamlı qələbə qazanıb - 3:0.
Qadınların yarışında çıxış edən Yelena Vıstropova isə (64 kq) 2-ci yerə layiq görülüb. Avropa çempionu finalda İsveç nümayəndəsi Aqnes Aleksiussona məğlub olub - 0:2.