Ümumdünya Boks Seriyası (WSB) 9-cu turdan sonra yeni fərdi reytinq cədvəlini açıqlayıb. "Baku Fires” klubunun iki üzvü reytinqdə 1-ci yeri tutur.
56 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Qurbanov 4 görüşdən sonra 20 xal toplayaraq siyahıya başçılıq edir.
Həmyerlimiz Albert Səlimov da fərdi reytinqdə 1-ci yeri tutur. 4 görüşdən sonra 20 xal toplayan boksçumuz kubalı Lazaro Estrada (18 xal) və rusiyalı Adlan Abduraşidovu (15 xal) qabaqlayır.
Heybətulla Hacəliyev (64 kq) Venesuela boksçusu üzərində qələbədən sonra 2-ci pilləyə yüksəlib. Milli komandamızın üzvü 5 döyüşdən sonra 20 xal toplayıb. 69 kq çəki dərəcəsində yarışan Pərviz Bağırov reytinqdə 4-cü yerdədir. Soltan Migitinov 81 kq çəki dərəcəsində reytinqdə 5-ci, "Caciques Venezuela” klubu ilə qarşılaşmada nokautla növbəti qələbəsini qazanan Abdulqadir Abdullayev (91 kq) 4-cü yeri tutur.
Superağır çəki dərəcəsində yarışan Arslanbek Mahmudov 19 xalla 3-cü pillədədir.