Özbəkistan boksçuları paytaxtımızda təlim-məşqlərdə iştirak edirlər

Özbəkistan boksçuları paytaxtımızda təlim-məşqlərdə iştirak edirlər

Boks üzrə yığma komandamız birinci Avropa Oyunlarına hazırlığı davam etdirir. Kişilərdən ibarət yığma komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman zalında növbəti təlim-məşqlərə cəlb olunub. Qeyd edək ki, komandamızla birgə Özbəkistan boksçuları da təlim-məşqlərə qatılıblar. Dünyanın aparıcı komandalarından olan Özbəkistan millisinin heyətində 11 idmançı, millimizin heyətində isə 20 boksçu yer alıb. Aprelin 6-dək olacaq təlim-məşqlərdə məqsəd sparrinq görüşlər keçirmək, boksçularımızı məsul yarış ərəfəsində yoxlamaqdır. Qeyd edək ki, aprelin 15-dən 20-dək komandamızın üzvləri I Avropa Oyunlarına sınaq xarakteri daşıyacaq "Böyük İpək yolu” beynəlxalq turnirində çıxış edəcəklər.