Taysonun lənətlənmiş malikanəsi

Taysonun lənətlənmiş malikanəsi



Məşhur boks ulduzu Mayk Taysonun malikanəsi xarabalığa çevrilib.
Malikanənin yeni sahibləri onu kilsəyə çevirmək istəyirlər. Qeyd edək ki, malikanə 1980-ci illərdə Ted Vannelli tərəfindən inşa etdirilib. Ancaq Vannelli maliyyə böhranı səbəbindən hər şeyini və əlbəttə, bu malikanəni də satıb.
1989-cu ildə isə «dəmir Mayk» 300 min dollar ödəyərək bu malikanəni alıb. Ancaq bu malikanəyə köçəndən qısa bir müddət sonra Taysonun karyerasında və maliyyə vəziyyətində böhran başlayıb. Belə ki, məşhur boksçu 1990-cı ildə ABŞ-ın gözəllik kraliçasına təcavüz etməkdə günahlandırılıb. Baş verən hadisələrdən sonra heç cür maliyyə vəziyyətini yaxşılaşdıra bilməyib. Mayk da sonunda malikanəsini satmaq məcburiyyətində qalıb.