Kliçko superağır çəkidə liderdir

Kliçko superağır çəkidə liderdir


Keçmiş mütləq dünya çempionu və Seul-1988 Olimpiadasının çempionu Lennoks Lyuis superağır çəkidə təcrübəli ukraynalı boksçu Vladimir Kliçkonun layiqli rəqibi olmadığını bildirib.
Britaniyalı L.Lyuis deyib: "Hazırda mən Kliçkoya rəqib görmürəm. O, dünyada super ağır çəkiyə tam nəzarət edir. Kliçko ilə çox idmançılar döyüşüb, amma onların hamısı kifayət qədər təcrübəsi olmadığından uduzub. Məsələn, hazırda onunla döyüşəcək Ceninqsin peşəkarlarla 19 döyüşü olub. Bu, yetərli deyil, Kliçko ilə döyüşmək üçün təcrübə toplamaq lazımdır”.

Qeyd edək ki, 38 yaşlı Vladimir Kliçko Beynəlxalq Boks Federasiyası (IBF), Ümumdünya Boks Təşkilatı (WBO) və Ümumdünya Boks Assosiasiyası (WBA) versiyaları üzrə dünya çempionu titullarını daşıyır. Ümumiyyətlə, ukraynalı idmançı 63 qələbə qazanıb (53 nokaut) və üç dəfə məğlub olub. O, növbəti döyüşünü aprelin 25-də Nyu-Yorkda amerikalı Brayant Cenninqslə keçirməyi planlaşdırır.
Rusiyalı idmançının ukraynalı boksçu ilə yarışında iştirak etmiş L.Lyuis deyib: "Aleksandr Povetkinin həmişə qələbəyə sansı olacaq, çünki o, ürəklə döyüşür. Onun Kliçko ilə döyüşə çıxmasını dəstəkləmirəm. Düşünürəm ki, Povetkin dünya çempionu olmaq üçün Vladimirin karyerasını başa vurmasını gözləməlidir”.
Xatırladaq ki, 2013-cü ildə Moskvada Povetkin ilə Kliçko arasında döyüş xal hesabı ilə birincinin məğlubiyyəti ilə başa çatıb. Hesabında 28 qələbə (20 nokaut) və bir məğlubiyyət olan Povetkin özü karyerasının başlıca məqsədini Kliçko ilə revanş döyüşündə görür. O, mayın 22-də Moskvada WBC versiyası üzrə dünya çempionu titulunu qazanmaq üçün kubalı Mayk Pereslə görüşəcək.