Azərbaycan Boks Federasiyasının vitse-prezidentinə yeni təyinat
16:55 15.05.2015
10205
Avropa Boks Konfederasiyasının (EUBC) prezidenti Franko Falçinelli Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılova məktub göndərib. Məktubda deyilir: "Siz AİBA və EUBC komissiyalarında Avropa boksunun inkişafı üçün böyük işlər görmüsünüz. Bundan sonra EUBC nizamnaməsinin 38-ci bəndinə uyğun olaraq, Avropa Boks Konfederasiyasının İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərəcəksiniz. Əminəm ki, siz bu işin öhdəsindən uğurla gələrək, Avropa boksunun inkişafı üçün əlinizdən gələni edəcəksiniz”. Xatırladaq ki, Süleyman Mikayılov ötən ay İtaliyanın Assizi şəhərində keçirilən toplantıda EUBC büro üzvü seçilib. Mikayılov eyni zamanda, AİBA İcraiyyə Komitəsində də ölkəmizi təmsil edir.