Mayın 18-də «Kristal zal»da karate üzrə birinci Avropa Oyunlarına sınaq xarakterli yarışa start verilib.
Yarışda ölkəmizi və Kanada milli yığmasını təmsil edən 50 idmançı təmsil edir. Test turnirində Avropa Oyunlarında ölkəmizi təmsil edən bütün idmançılar qüvvələrini sınayırlar. Yarışın baş hakimi Avropa Karate Federasiyasının Hakimlər Komitəsinin sədridir. Yarışda həmçinin Beynəlxalq Karate Federasiyasının (WKF) Texniki Komitəsinin nümayəndələri də yarışın gedişatına nəzarət edirlər. Qeyd edək ki, yarışda iştirak etməzdən əvvəl karateçilərimiz həlledici təlim-məşqlərindən birini Kanada milli komandasının üzvləri ilə birgə keçiriblər. Öz istəkləri ilə Bakıya gələn komandanın təlim-məşqlərdə iştirakında əsas məqsəd yay aylarında Kanadada keçiriləcək Pan-Amerika Oyunlarına hazırlaşmaq olub. Gün ərzində 2 dəfə məşqlərdən sonra komanda test yarışında qüvvəsini sınayır.