Boksçumuz Avropa ikincisi oldu

Boksçumuz Avropa ikincisi oldu

Ukraynanın Lvov şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir.
Ötən gün yarımfinalda irlandiyalı Lorkan Harleksə qalib gələn Azərbaycan boksçusu Cavid Hüseynov (48 kq) finalda ukraynalı Akeksandr Xristevlə üz-üzə gəlib. Boksçumuz Ukrayna idmançısının öhdəsindən gələ bilməyib və çempionatın gümüş medalı ilə kifayətlənməli olub.
Bu, Ukrayna idmançılarının Lvovda keçirilən yarışda qazandıqları ilk qızıl medal olub.