Bolqarıstanın Samokov şəhərində boks üzrə Avropa çempionatına start verilib. Yarışda 41 ölkənin 241 boksçusu mübarizə aparır. Qitə çempionatında hər çəkidə ilk 6 yeri tutan dəri əlcək ustaları oktyabr ayında Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanacaqlar. 8 boksçumuz dünya çempionatına Avropa Oyunlarında lisenziya əldə etdiklərindən, Bolqarıstanda yalnız bir idmançımız mübarizə aparacaq. Məşqçilər korpusu 49 kq çəki dərəcəsində yeniyetmələrin Olimpiya oyunlarının qalibi Rüfət Hüseynovu yarışa yollamaq qərarına gəlib. +91 çəki dərəcəsində çıxış edən Məhəmmədrəsul Məcidov zədəli olduğu üçün Avropa çempionatında iştirak etməyəcək.
Qeyd edək ki, Avropa çempionatında 49 kq çəki dərəcəsində 14 boksçu gücünü sınayır. Həmyerlimiz ilk görüşünü avqustun 9-da Gürcüstan idmançısı Mixail Kazanjianiyə qarşı keçirəcək. Təmsilçimiz bu qarşılaşmadan qalib ayrılarsa, 14 final mərhələsində Yulian İvanov (Moldova) - İştvan Unqvari (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Qeyd edək ki, Avropa çempionatında ölkəmizi hakim kimi Fuad Aslanov təmsil edir.