Azərbaycan yığması İngiltərəni məğlub edib

Azərbaycan yığması İngiltərəni məğlub edib


Dünən çimərlik futbolu üzrə Azərbaycan milli komandası Macarıstanın Siofok şəhərində keçirilən Avropa Çimərlik Futbol Liqasının seçmə mərhələsi çərçivəsində İngiltərə ilə qarşılaşıb. Gərgin keçən görüş 6:5 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Matç ərzində futbolçularımızdan Orxan Məmmədov, Asif Zeynalov, Sabir Allahquliyev, Ramil Əliyev fərqləniblər,
Xatırladaq ki, əvvəlki hər iki görüşdən qalib ayrılan Azərbaycan millisi Rumıniyanı 6:2, Moldovanı isə 4:0 hesabı ilə məğlub edib.


Kənan Novruzov